Akvakultura — yəni su canlılarının süni mühitdə yetişdirilməsi — bu gün dünyanın ən sürətlə inkişaf edən istehsalı sahələrindən biridir. Dəniz və okean ehtiyatlarının tükənməkdə olduğu bir dövrdə, akvakultura həm təbii resursların qorunmasına, həm də əhalinin artan protein tələbatının qarşılanmasına xidmət edir.
Ənənəvi balıqçılıqdan fərqli olaraq, akvakultura şəffaf, izləniləbilən və idarə olunan şəraitdə aparılır. Bu isə məhsulun daha sağlam, təhlükəsiz və dayanıqlı olmasını təmin edir.
Alza Fish olaraq biz, Xəzər dənizinin təbii suyundan istifadə etməklə balıqları xüsusi nəzarətli hovuzlarda yetişdiririk. Bu mühit balıqlar üçün ideal şərait yaradaraq onların sağlam böyüməsinə imkan verir.
Akvakultura — yalnız gələcəyin deyil, bu günün də sağlam və etibarlı qida mənbəyidir. Biz bu sahədə həm sağlam məhsul, həm də ekoloji balansı qoruyan bir yanaşma təqdim edirik.

32