Qara kürü — sadəcə ləzzət deyil, bir mədəniyyət, bir incəlik və əsrlərlə formalaşmış ənənədir. Alza Fish olaraq biz bu ənənəni qorumaqla yanaşı, onu müasir yanaşma ilə birləşdirərək, premium auditoriyaya yüksək keyfiyyətli qara kürü təqdim edirik.
Ən yüksək standartlara uyğun qidalandırma və mühit nəzarəti sayəsində əldə etdiyimiz kürülər, təbii ləzzəti və zəngin qida dəyəri ilə fərqlənir. Qara kürümüz duz balansı, tekstura və təmizlik baxımından beynəlxalq premium səviyyəyə cavab verir. Yetişdirilən növlər bölgənin ən seçilmiş balıqlarıdır — Bölgə, Kür Nərəsi , Rus nərəsi, Uzunburun,Qaya balığı. Bölgə və Rus nərəsi növləri — nadir və yüksək dəyərli qara kürü istehsalı üçün, premium bazarların tələblərinə uyğun olaraq xüsusi şəraitdə yetişdirilir.
Bizim üçün yalnız ləzzət deyil, etibarlılıq da vacibdir. Hər mərhələdə gigiyena və davamlılıq prinsiplərinə sadiq qalırıq. Alza Fish — bu günün və sabahın istehlakçısı üçün yüksək keyfiyyət, şəffaflıq və dəyər deməkdir.
Kürü üçün yetişdirilən balıqlarımız Xəzərin təbii dəniz suyundan istifadə olunan akvakultura təsərrüfatımızda, xüsusi nəzarət altında, geniş və təmiz hovuzlarda böyüyür. Bu, həm balığın sağlam böyüməsinə şərait yaradır, həm də kürünün keyfiyyətini birbaşa müəyyənləşdirir.
Alza Fish Qara Kürü – Dəbdəbənin, saflığın və zərif ləzzətin birləşməsi.

15